-
Meisam Vahid Tammar
-
15:1
الر ۚ تِلْكَ آيَاتُ الْكِتَابِ وَقُرْآنٍ مُّبِينٍ'Alif-Lām-Rā Tilka 'Āyātu Al-Kitābi Wa Qur'ānin MubīninƏlif, Lam, Ra. (Mən, hər şeyi görən Allaham. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, amma heç kimin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır. Bu hərflər Allahla Onun Peyğəmbəri arasında olan rəmzlərdir.) Bu (uca məqamlı) surə, bu kitabın və (özü) aydın (olan) və aydınlıq gətirən Quranın ayələridir və bu (uca məqamlı ayələr), Lövhi-Məhfuzda sabit olan ayələr və həmin Lövhdə olan aydın Quranın ayələridir. -
15:2
رُّبَمَا يَوَدُّ الَّذِينَ كَفَرُوا لَوْ كَانُوا مُسْلِمِينَRubamā Yawaddu Al-Laḏīna Kafarū Law Kānū MuslimīnaBir çox kafirlər (müsəlmanların qələbəsini görəndə və ya ölən zaman və yaxud cəza günü) kaş müsəlman olmalarını arzulayarlar. -
15:3
ذَرْهُمْ يَأْكُلُوا وَيَتَمَتَّعُوا وَيُلْهِهِمُ الْأَمَلُ ۖ فَسَوْفَ يَعْلَمُونَḏarhum Ya'kulū Wa Yatamatta`ū Wa Yulhihimu Al-'Amalu Fasawfa Ya`lamūnaQoy yesinlər, (dünyanın ləzzətlərindən) bəhrələnsinlər və arzular onların başlarını qatsın. Tezliklə başa düşəcəklər. -
15:4
وَمَا أَهْلَكْنَا مِن قَرْيَةٍ إِلَّا وَلَهَا كِتَابٌ مَّعْلُومٌWa Mā 'Ahlaknā Min Qaryatin 'Illā Wa Lahā Kitābun Ma`lūmunBiz heç bir insan cəmiyyətini (Lövhi-Məhfuzda) onun üçün (ömür müddəti barəsində) məlum yazı olmadan həlak etmədik. -
15:5
مَّا تَسْبِقُ مِنْ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسْتَأْخِرُونَMā Tasbiqu Min 'Ummatin 'Ajalahā Wa Mā Yasta'ḫirūnaHeç bir ümmət və dəstə, özünün müəyyən (edilmiş ömür) müddətindən nə irəli keçə bilər və nə geri qala bilər. -
15:6
وَقَالُوا يَا أَيُّهَا الَّذِي نُزِّلَ عَلَيْهِ الذِّكْرُ إِنَّكَ لَمَجْنُونٌWa Qālū Yā 'Ayyuhā Al-Laḏī Nuzzila `Alayhi Aḏ-ḏikru 'Innaka LamajnūnunVə (istehza məqsədi ilə Peyğəmbərə) dedilər: «Ey bu zikr (Quran) nazil olan şəxs, həqiqətən, sən dəlisən!» -
15:7
لَّوْ مَا تَأْتِينَا بِالْمَلَائِكَةِ إِن كُنتَ مِنَ الصَّادِقِينَLaw Mā Ta'tīnā Bil-Malā'ikati 'In Kunta Mina Aṣ-ṣādiqīna«Əgər sən doğruçusansa, nə üçün (iddianın doğruluğunu sübut etmələri və sənə müxalif olanları əzmələri üçün) mələkləri bizim yanımıza gətirmirsən?» -
15:8
مَا نُنَزِّلُ الْمَلَائِكَةَ إِلَّا بِالْحَقِّ وَمَا كَانُوا إِذًا مُّنظَرِينَMā Nunazzilu Al-Malā'ikata 'Illā Bil-ḥaqqi Wa Mā Kānū 'Iḏāan MunẓarīnaBiz mələkləri yalnız haqq olaraq (möcüzəvi şəkildə haqqı isbat etmək üçün) nazil edirik və onda (əgər qəbul etməsələr, cari qanunumuza əsasən) onlara möhlət verilmir. -
15:9
إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ'Innā Naḥnu Nazzalnā Aḏ-ḏikra Wa 'Innā Lahu LaḥāfiẓūnaHəqiqətən, bu zikri (Quranı) Biz nazil etdik və şübhəsiz, onu (təhrifdən, nəsx olunmadan və müddətinin sona çatmasından) Biz Özümüz qoruyarıq. -
15:10
وَلَقَدْ أَرْسَلْنَا مِن قَبْلِكَ فِي شِيَعِ الْأَوَّلِينَWa Laqad 'Arsalnā Min Qablika Fī šiya`i Al-'AwwalīnaDoğrudan da, Biz səndən öncə keçmiş tayfalara (peyğəmbərlər) göndərdik. -
15:11
وَمَا يَأْتِيهِم مِّن رَّسُولٍ إِلَّا كَانُوا بِهِ يَسْتَهْزِئُونَWa Mā Ya'tīhim Min Rasūlin 'Illā Kānū Bihi Yastahzi'ūnaVə onlara elə bir peyğəmbər gəlmədi ki, ona istehza etməsinlər. -
15:12
كَذَٰلِكَ نَسْلُكُهُ فِي قُلُوبِ الْمُجْرِمِينَKaḏālika Naslukuhu Fī Qulūbi Al-MujrimīnaBiz beləcə bu Quranı (höccəti tamam etmək üçün, ona istehza olunmasını isə bədbəxtliklərinə uyğun olaraq) günahkarların qəlblərinə yeridərik. -
15:13
لَا يُؤْمِنُونَ بِهِ ۖ وَقَدْ خَلَتْ سُنَّةُ الْأَوَّلِينَLā Yu'uminūna Bihi Wa Qad ḫalat Sunnatu Al-'AwwalīnaHalbuki ona iman gətirməzlər. Əlbəttə, keçmişdəkilərin yolu da keçmişdir (onlar da belə idilər). -
15:14
وَلَوْ فَتَحْنَا عَلَيْهِم بَابًا مِّنَ السَّمَاءِ فَظَلُّوا فِيهِ يَعْرُجُونَWa Law Fataḥnā `Alayhim Bābāan Mina As-Samā'i Faẓallū Fīhi Ya`rujūnaƏgər göydən onların üzünə bir qapı açsaydıq və onlar daim oradan yuxarı çıxsaydılar (və bütün aləmləri görsəydilər), -
15:15
لَقَالُوا إِنَّمَا سُكِّرَتْ أَبْصَارُنَا بَلْ نَحْنُ قَوْمٌ مَّسْحُورُونَLaqālū 'Innamā Sukkirat 'Abṣārunā Bal Naḥnu Qawmun Masḥūrūnayenə də «həqiqətən, bizim gözümüz bağlanmışdır, əslində biz cadu olunmuş (sehirlənmiş) bir dəstəyik» deyərdilər. -
15:16
وَلَقَدْ جَعَلْنَا فِي السَّمَاءِ بُرُوجًا وَزَيَّنَّاهَا لِلنَّاظِرِينَWa Laqad Ja`alnā Fī As-Samā'i Burūjāan Wa Zayyannāhā LilnnāẓirīnaHəqiqətən, Biz göydə (günəşin il uzunu ətrafına fırlandığı) bürclər yaratdıq və onu baxanlar üçün (ulduzlarla) zinətləndirdik. -
15:17
وَحَفِظْنَاهَا مِن كُلِّ شَيْطَانٍ رَّجِيمٍWa ḥafiẓnāhā Min Kulli šayṭānin RajīminVə onu hər bir qovulmuş şeytandan qoruduq (şeytanların oraya qalxaraq mələklər aləminin sirlərindən xəbərdar olmaq qüdrətləri yoxdur). -
15:18
إِلَّا مَنِ اسْتَرَقَ السَّمْعَ فَأَتْبَعَهُ شِهَابٌ مُّبِينٌ'Illā Mani Astaraqa As-Sam`a Fa'atba`ahu šihābun MubīnunGizlicə qulaq asan istisna olmaqla ki, onu aydın bir şölə təqib edər. -
15:19
وَالْأَرْضَ مَدَدْنَاهَا وَأَلْقَيْنَا فِيهَا رَوَاسِيَ وَأَنبَتْنَا فِيهَا مِن كُلِّ شَيْءٍ مَّوْزُونٍWa Al-'Arḍa Madadnāhā Wa 'Alqaynā Fīhā Rawāsiya Wa 'Anbatnā Fīhā Min Kulli šay'in MawzūninVə bu yeri sərdik, onda möhkəm dağlar yerləşdirdik və orada hər bir şeydən müəyyən ölçüdə (hər biri zahiri görünüş, xüsusiyyət, zaman və məkan baxımından müəyyən biçimdə olan bitkilər) bitirdik. -
15:20
وَجَعَلْنَا لَكُمْ فِيهَا مَعَايِشَ وَمَن لَّسْتُمْ لَهُ بِرَازِقِينَWa Ja`alnā Lakum Fīhā Ma`āyiša Wa Man Lastum Lahu BirāziqīnaVə orada sizin üçün və ruzisini sizin vermədikləriniz (heyvanlar və cinlər) üçün hər cür yaşayış vasitələri qoyduq.
Bağışlayan və mehriban Allahın adı ilə.
Аль-Хиджр — это арабское название города, в котором проживало племя Самуд — племя пророка Салиха, да будет мир с ним.
Пророк Мухаммад, да благословит Аллах его и его род, сказал: «Тому, кто читает суру „Аль-Хиджр“, будет воздаяние за добрые деяния по числу всех мухаджиров и ансаров».