-
Meisam Vahid Tammar
-
10:1
الر ۚ تِلْكَ آيَاتُ الْكِتَابِ الْحَكِيمِ'Alif-Lām-Rā Tilka 'Āyātu Al-Kitābi Al-ḥakīmiƏlif, Lam, Ra. (Mən hər şeyi görən Allaham. Mənim kitabım həmin bu həriflərdən təşkil olunmuşdur, amma eyni zamanda möcüzədir. Mənim kitabımın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır. Bu həriflər Allahla Onun peyğəmbəri Muhəmməd (s) arasında rəmzlərdir.) Bu surə hikmət öyrədən kitabın ayələridir. (Quranın, ya Lövhi-Məhfuzun ayələridir ki, elmlərə, şəri hökmlərə və əqli bilgilərə malikdir.) -
10:2
أَكَانَ لِلنَّاسِ عَجَبًا أَنْ أَوْحَيْنَا إِلَىٰ رَجُلٍ مِّنْهُمْ أَنْ أَنذِرِ النَّاسَ وَبَشِّرِ الَّذِينَ آمَنُوا أَنَّ لَهُمْ قَدَمَ صِدْقٍ عِندَ رَبِّهِمْ ۗ قَالَ الْكَافِرُونَ إِنَّ هَـٰذَا لَسَاحِرٌ مُّبِينٌ'Akāna Lilnnāsi `Ajabāan 'An 'Awḥaynā 'Ilá Rajulin Minhum 'An 'Anḏiri An-Nāsa Wa Bašširi Al-Laḏīna 'Āmanū 'Anna Lahum Qadama ṣidqin `Inda Rabbihim Qāla Al-Kāfirūna 'Inna Hāḏā Lasāḥirun MubīnunYoxsa insanlara (mələklərdən və cinlərdən deyil) özlərindən olan bir kişiyə «insanları (küfr, şirk və fisqdən) qorxut və iman gətirənləri Rəbbi yanında onlar üçün gözəl keçmiş, doğru məqam və layiqli mükafatın olması ilə müjdələ» (deyə) vəhy etməyimiz təəccüblüdür? (Buna görə də) kafirlər dedilər: «Doğrudan da, bu (kişi) aşkar bir sehrbazdır». -
10:3
إِنَّ رَبَّكُمُ اللَّهُ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَىٰ عَلَى الْعَرْشِ ۖ يُدَبِّرُ الْأَمْرَ ۖ مَا مِن شَفِيعٍ إِلَّا مِن بَعْدِ إِذْنِهِ ۚ ذَٰلِكُمُ اللَّهُ رَبُّكُمْ فَاعْبُدُوهُ ۚ أَفَلَا تَذَكَّرُونَ'Inna Rabbakumu Al-Lahu Al-Laḏī ḫalaqa As-Samāwāti Wa Al-'Arḍa Fī Sittati 'Ayyāmin ṯumma Astawá `Alá Al-`Arši Yudabbiru Al-'Amra Mā Min šafī`in 'Illā Min Ba`di 'Iḏnihi ḏalikumu Al-Lahu Rabbukum Fā`budūhu 'Afalā TaḏakkarūnaHəqiqətən, sizin Rəbbiniz göyləri və yeri altı gün(ə bərabər olan bir müdət)də (yaxud altı gecə və gündüzdə, ya da altı mərhələdə) yaradan, sonra taxta (qüdrət və tədbir taxtına) hakim olan Allahdır. İşi (yaradılış işini) daim (səbəb-nəticə qanunu əsasında) idarə edir. (Dünyanın səbəb və nəticələri arasında) Onun izni olmadan heç bir şəfaətedici (vasitə) yoxdur. Budur Rəbbiniz olan Alah. Buna görə də Ona ibadət edin. Heç öyüd-nəsihət almırsınız? -
10:4
إِلَيْهِ مَرْجِعُكُمْ جَمِيعًا ۖ وَعْدَ اللَّهِ حَقًّا ۚ إِنَّهُ يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ لِيَجْزِيَ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ بِالْقِسْطِ ۚ وَالَّذِينَ كَفَرُوا لَهُمْ شَرَابٌ مِّنْ حَمِيمٍ وَعَذَابٌ أَلِيمٌ بِمَا كَانُوا يَكْفُرُونَ'Ilayhi Marji`ukum Jamī`āan Wa`da Al-Lahi ḥaqqāan 'Innahu Yabda'u Al-ḫalqa ṯumma Yu`īduhu Liyajziya Al-Laḏīna 'Āmanū Wa `Amilū Aṣ-ṣāliḥāti Bil-Qisṭi Wa Al-Laḏīna Kafarū Lahum šarābun Min ḥamīmin Wa `Aḏābun 'Alīmun Bimā Kānū YakfurūnaSizin hamınızın dönüşü Ona tərəfdir. (Bu,) Allahın haqq və sabit olan vədidir. Həqiqətən, yaradılmışları əvvəldə yaradan, sonra isə onları (ömür müddətləri başa çatdıqdan sonra) iman gətirən və yaxşı işlər görənləri haqq və ədalətlə mükafatlandırmaq üçün (Özünə tərəf) qaytaran Odur. Kafirlər üçün küfrlərinin cəzası olaraq qaynar sudan ibarət içki və ağrılı bir əzab vardır. -
10:5
هُوَ الَّذِي جَعَلَ الشَّمْسَ ضِيَاءً وَالْقَمَرَ نُورًا وَقَدَّرَهُ مَنَازِلَ لِتَعْلَمُوا عَدَدَ السِّنِينَ وَالْحِسَابَ ۚ مَا خَلَقَ اللَّهُ ذَٰلِكَ إِلَّا بِالْحَقِّ ۚ يُفَصِّلُ الْآيَاتِ لِقَوْمٍ يَعْلَمُونَHuwa Al-Laḏī Ja`ala Aš-šamsa ḍiyā'an Wa Al-Qamara Nūrāan Wa Qaddarahu Manāzila Lita`lamū `Adada As-Sinīna Wa Al-ḥisāba Mā ḫalaqa Al-Lahu ḏālika 'Illā Bil-ḥaqqi Yufaṣṣilu Al-'Āyāti Liqawmin Ya`lamūnaGünəşi işıqlı və ayı (günəşin şüaları ilə) nurlu edən və illərin (qəməri illərinin) sayını və hesabı (işlərinizin vaxtını) biləsiniz deyə onun üçün (yer kürəsi ətrafında fırlanmasında) mənzillər müəyyənləşdirən Odur. Allah onları yalnız haqq (məqsəd) üçün yaratdı. O, (Öz) ayə və nişanələri(ni) bilən bir dəstə üçün hərtərəfli (həm xarici aləmdə, həm də söz ilə) açıqlayır. -
10:6
إِنَّ فِي اخْتِلَافِ اللَّيْلِ وَالنَّهَارِ وَمَا خَلَقَ اللَّهُ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ لَآيَاتٍ لِّقَوْمٍ يَتَّقُونَ'Inna Fī Aḫtilāfi Al-Layli Wa An-Nahāri Wa Mā ḫalaqa Al-Lahu Fī As-Samāwāti Wa Al-'Arḍi La'āyātin Liqawmin YattaqūnaŞübhəsiz, gecə ilə gündüzün get-gəlində və (fəsillərə, ya yerin məntəqələrinə uyğun olaraq onların) hər birinin uzun və qısalığında və Allahın (planetlər, mələklər və canlılar kimi) göylərdə və (bitkilər, heyvanlar, cinlər və insanlar kimi) yerdə yaratdığında təqvalı olan bir dəstə üçün (Allahın tövhid, əzəmət, qüdrət və hikmətindən) ayə və nişanələr vardır. -
10:7
إِنَّ الَّذِينَ لَا يَرْجُونَ لِقَاءَنَا وَرَضُوا بِالْحَيَاةِ الدُّنْيَا وَاطْمَأَنُّوا بِهَا وَالَّذِينَ هُمْ عَنْ آيَاتِنَا غَافِلُونَ'Inna Al-Laḏīna Lā Yarjūna Liqā'anā Wa Raḍū Bil-ḥayāati Ad-Dunyā Wa Aṭma'annū Bihā Wa Al-Laḏīna Hum `An 'Āyātinā ġāfilūnaHəqiqətən, Bizim görüşümüzə ümidi (axirət aləminə imanları) olmayan və dünya həyatına şad olaraq ona ürək bağlayan, həmçinin Bizim ayələrimizdən (müşahidə aləminin yaradılış və əzəmətli kitabın tərtib edilmiş ayələrindən) qafil olan kəslər -
10:8
أُولَـٰئِكَ مَأْوَاهُمُ النَّارُ بِمَا كَانُوا يَكْسِبُونَ'Ūlā'ika Ma'wāhumu An-Nāru Bimā Kānū YaksibūnaOnların qalacaqları yer qazandıqlarının (qəlbləri ilə qazandıqları nalayiq əqidələrin və əlləri ilə qazandıqları günahların) cəzası olaraq oddur. -
10:9
إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ يَهْدِيهِمْ رَبُّهُم بِإِيمَانِهِمْ ۖ تَجْرِي مِن تَحْتِهِمُ الْأَنْهَارُ فِي جَنَّاتِ النَّعِيمِ'Inna Al-Laḏīna 'Āmanū Wa `Amilū Aṣ-ṣāliḥāti Yahdīhim Rabbuhum Bi'īmānihim Tajrī Min Taḥtihimu Al-'Anhāru Fī Jannāti An-Na`īmiŞübhəsiz, iman gətirib yaxşı işlər görən kəsləri Rəbbi imanlarına görə (Öz yanına) hidayət edər, (və axirətdə) nemət dolu bağlarda onların (ağaclarının və saraylarının) altından çaylar axar. -
10:10
دَعْوَاهُمْ فِيهَا سُبْحَانَكَ اللَّهُمَّ وَتَحِيَّتُهُمْ فِيهَا سَلَامٌ ۚ وَآخِرُ دَعْوَاهُمْ أَنِ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَDa`wāhum Fīhā Subḥānaka Al-Lahumma Wa Taḥīyatuhum Fīhā Salāmun Wa 'Āḫiru Da`wāhum 'Ani Al-ḥamdu Lillahi Rabbi Al-`ĀlamīnaOnların oradakı duaları «Allahım, Sən (Özün-Özünü bütün eyb və nöqsan sifətlərdən pak vəsf etdiyin kimi) paksan!»dır; oradakı salamları (Allah tərəfindən, mələklərlə və bir-birləri ilə salamlaşmaları) «salam»dır; və bütün dualarının sonu «həmd və səna aləmlərin Rəbbi olan Allaha məxsusdur» (deməkdir). -
10:11
۞ وَلَوْ يُعَجِّلُ اللَّهُ لِلنَّاسِ الشَّرَّ اسْتِعْجَالَهُم بِالْخَيْرِ لَقُضِيَ إِلَيْهِمْ أَجَلُهُمْ ۖ فَنَذَرُ الَّذِينَ لَا يَرْجُونَ لِقَاءَنَا فِي طُغْيَانِهِمْ يَعْمَهُونَWa Law Yu`ajjilu Al-Lahu Lilnnāsi Aš-šarra Asti`jālahum Bil-ḫayri Laquḍiya 'Ilayhim 'Ajaluhum Fanaḏaru Al-Laḏīna Lā Yarjūna Liqā'anā Fī ṭuġyānihim Ya`mahūnaVə əgər Allah camaat üçün şərdə (onların şər dualarının qəbulunda və ya pis əməllərinin cəzasında) onların xeyir istəməkdə (xeyirli dualarının qəbulunda, yaxud gözəl əməllərinin mükafatında) tələsdikləri kimi tələssəydi, şübhəsiz, onların ömürlərinin müddəti (Onun əzabının nazil olması ilə) sona çatardı. Buna görə də Bizə qovuşacaqlarına ümidvar olmayan (məadı inkar edən) kəsləri boşlayırıq ki, öz azğınlıqlarında sərgərdan qalsınlar. -
10:12
وَإِذَا مَسَّ الْإِنسَانَ الضُّرُّ دَعَانَا لِجَنبِهِ أَوْ قَاعِدًا أَوْ قَائِمًا فَلَمَّا كَشَفْنَا عَنْهُ ضُرَّهُ مَرَّ كَأَن لَّمْ يَدْعُنَا إِلَىٰ ضُرٍّ مَّسَّهُ ۚ كَذَٰلِكَ زُيِّنَ لِلْمُسْرِفِينَ مَا كَانُوا يَعْمَلُونَWa 'Iḏā Massa Al-'Insāna Aḍ-ḍurru Da`ānā Lijanbihi 'Aw Qā`idāan 'Aw Qā'imāan Falammā Kašafnā `Anhu ḍurrahu Marra Ka'an Lam Yad`unā 'Ilá ḍurrin Massahu Kaḏālika Zuyyina Lilmusrifīna Mā Kānū Ya`malūnaİnsana bir çətinlik və ziyan yetişən zaman (bütün hallarda) – böyrü üstdə yatanda, oturanda, ayaq üstdə – (dua edərək) Bizi çağırar. Elə ki, çətinlik və ziyanı ondan götürürük Bizi ona yetişən ziyan(ı uzaqlaşdırmaq) üçün çağırmamış kimi (çıxıb) gedər! İsraf edənlərə etdikləri əməllər beləcə zinətləndirilmişdir. -
10:13
وَلَقَدْ أَهْلَكْنَا الْقُرُونَ مِن قَبْلِكُمْ لَمَّا ظَلَمُوا ۙ وَجَاءَتْهُمْ رُسُلُهُم بِالْبَيِّنَاتِ وَمَا كَانُوا لِيُؤْمِنُوا ۚ كَذَٰلِكَ نَجْزِي الْقَوْمَ الْمُجْرِمِينَWa Laqad 'Ahlaknā Al-Qurūna Min Qablikum Lammā ẓalamū Wa Jā'athum Rusuluhum Bil-Bayyināti Wa Mā Kānū Liyu'uminū Kaḏālika Najzī Al-Qawma Al-MujrimīnaDoğrudan da, Biz sizdən öncə müxtəlif əsrlərdə bir-birinin ardınca gələn millətləri zülm edərkən və peyğəmbərlərinin onlara aydın dəlillər gətirmələrinə baxmayaraq iman gətirmək niyyətində olmadıqları zaman həlak etdik. Biz günahkarlar dəstəsini belə cəzalandırırıq. -
10:14
ثُمَّ جَعَلْنَاكُمْ خَلَائِفَ فِي الْأَرْضِ مِن بَعْدِهِمْ لِنَنظُرَ كَيْفَ تَعْمَلُونَṯumma Ja`alnākum ḫalā'ifa Fī Al-'Arḍi Min Ba`dihim Linanẓura Kayfa Ta`malūnaSonra (cari imtahan qanununa uyğun olaraq) necə rəftar edəcəyinizə baxmaq üçün sizi onların ardınca yer üzündə canişin etdik. -
10:15
وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ ۙ قَالَ الَّذِينَ لَا يَرْجُونَ لِقَاءَنَا ائْتِ بِقُرْآنٍ غَيْرِ هَـٰذَا أَوْ بَدِّلْهُ ۚ قُلْ مَا يَكُونُ لِي أَنْ أُبَدِّلَهُ مِن تِلْقَاءِ نَفْسِي ۖ إِنْ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰ إِلَيَّ ۖ إِنِّي أَخَافُ إِنْ عَصَيْتُ رَبِّي عَذَابَ يَوْمٍ عَظِيمٍWa 'Iḏā Tutlá `Alayhim 'Āyātunā Bayyinātin Qāla Al-Laḏīna Lā Yarjūna Liqā'anā A'ti Biqur'ānin ġayri Hāḏā 'Aw Baddilhu Qul Mā Yakūnu Lī 'An 'Ubaddilahu Min Tilqā'i Nafsī 'In 'Attabi`u 'Illā Mā Yūḥá 'Ilayya 'Innī 'Aḫāfu 'In `Aṣaytu Rabbī `Aḏāba Yawmin `AẓīminBizim aydın ayələrimiz onlara oxunan zaman, Bizə qovuşacaqlarına ümidi olmayan (məadı inkar edən) kəslər «bundan başqa bir Quran gətir, ya onu dəyişdir» (məsələn, onun bəzi ayələrini və surələrini çıxart, orada şirkin haramlığından, bütlərin pislənməsindən, Qiyamətdən, murdarın və qumarın haram olmasından bir şey olmasın) deyərlər. De: «onu(n hamısını, ya bəzisini) özbaşıma dəyişdirmək mənə yaraşmaz və (buna) mənim haqqım və qüdrətim yoxdur. Mən yalnız mənə vəhy edilən şeyə tabe oluram. Şübhəsiz, əgər mən Rəbbimə qarşı itaətsizlik etsəm, böyük bir günün əzabından qorxuram. -
10:16
قُل لَّوْ شَاءَ اللَّهُ مَا تَلَوْتُهُ عَلَيْكُمْ وَلَا أَدْرَاكُم بِهِ ۖ فَقَدْ لَبِثْتُ فِيكُمْ عُمُرًا مِّن قَبْلِهِ ۚ أَفَلَا تَعْقِلُونَQul Law šā'a Al-Lahu Mā Talawtuhu `Alaykum Wa Lā 'Adrākum Bihi Faqad Labiṯtu Fīkum `Umurāan Min Qablihi 'Afalā Ta`qilūnaDe: «Əgər Allah istəsəydi, mən onu sizə oxumazdım və O da sizi ondan xəbərdar etməzdi. Çünki şübhəsiz, mən on(un nazil olmasın)dan qabaq sizin aranızda bir ömür (qırx il) keçirmişəm (dərs oxumayıb yazı yazmamışam və heç bir iddiam da olmayıb, birdən-birə bu kitab dilimdə səslənmişdir), belə isə, heç düşünmürsünüz?» -
10:17
فَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا أَوْ كَذَّبَ بِآيَاتِهِ ۚ إِنَّهُ لَا يُفْلِحُ الْمُجْرِمُونَFaman 'Aẓlamu Mimmani Aftará `Alá Al-Lahi Kaḏibāan 'Aw Kaddaba Bi'āyātihi 'Innahu Lā Yufliḥu Al-MujrimūnaBuna görə də kim, Allaha yalan yaxandan, ya Onun ayələrini təkzib edəndən daha zalımdır? Həqiqətən, günahkarlar nicat tapmayacaqlar. -
10:18
وَيَعْبُدُونَ مِن دُونِ اللَّهِ مَا لَا يَضُرُّهُمْ وَلَا يَنفَعُهُمْ وَيَقُولُونَ هَـٰؤُلَاءِ شُفَعَاؤُنَا عِندَ اللَّهِ ۚ قُلْ أَتُنَبِّئُونَ اللَّهَ بِمَا لَا يَعْلَمُ فِي السَّمَاوَاتِ وَلَا فِي الْأَرْضِ ۚ سُبْحَانَهُ وَتَعَالَىٰ عَمَّا يُشْرِكُونَWa Ya`budūna Min Dūni Al-Lahi Mā Lā Yaḍurruhum Wa Lā Yanfa`uhum Wa Yaqūlūna Hā'uulā' šufa`ā'uunā `Inda Al-Lahi Qul 'Atunabbi'ūna Al-Laha Bimā Lā Ya`lamu Fī As-Samāwāti Wa Lā Fī Al-'Arḍi Subḥānahu Wa Ta`ālá `Ammā YušrikūnaOnlar Allahın yerinə onlara nə bir zərər yetirən və nə də bir mənfəət verən şeylərə ibadət edir və «bunlar Allah yanında bizim şəfaətçilərimizdir» deyirlər. De: «Allaha nə göylərdə və nə də yerdə (guya) xəbəri olmayan bir şeydən xəbər verirsiniz?! O, şərik qoşduqları şeydən pak və ucadır». -
10:19
وَمَا كَانَ النَّاسُ إِلَّا أُمَّةً وَاحِدَةً فَاخْتَلَفُوا ۚ وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِن رَّبِّكَ لَقُضِيَ بَيْنَهُمْ فِيمَا فِيهِ يَخْتَلِفُونَWa Mā Kāna An-Nāsu 'Illā 'Ummatan Wāḥidatan Fāḫtalafū Wa Lawlā Kalimatun Sabaqat Min Rabbika Laquḍiya Baynahum Fīmā Fīhi Yaḫtalifūnaİnsanlar (xilqətin əvvəlində uzun müddət) yalnız vahid (və ixtilafsız) bir millət idilər. Beləliklə (dünyəvi işlərdə ictimai əlaqələrə görə, kitab nazil olduqdan sonra isə ixtilaflarını aradan qaldırmaq üçün kitabın özü ilə bağlı) ixtilafa düşdülər. Əgər (əzəli elmində və Lövhi-Məhfuzda) Rəbbindən (bütün dəlil-sübutlar təqdim edilməmişdən əzab verməmək və dəlil-sübutlar təqdim edildikdən sonra da tələsməmək barəsində) bir kəlam keçməsəydi, onların arasında mütləq ixtilaf etdikləri şey barəsində (əməli surətdə) hökm edilərdi. (Bəqərə surəsinin 213-cü ayəsinə müraciət edin.) -
10:20
وَيَقُولُونَ لَوْلَا أُنزِلَ عَلَيْهِ آيَةٌ مِّن رَّبِّهِ ۖ فَقُلْ إِنَّمَا الْغَيْبُ لِلَّهِ فَانتَظِرُوا إِنِّي مَعَكُم مِّنَ الْمُنتَظِرِينَWa Yaqūlūna Lawlā 'Unzila `Alayhi 'Āyatun Min Rabbihi Faqul 'Innamā Al-ġaybu Lillahi Fāntaẓirū 'Innī Ma`akum Mina Al-MuntaẓirīnaVə «nə üçün Rəbbi tərəfindən ona (Salehin dəvəsi, Musanın əsası, mələyin gəlməsi kimi camaatı iman gətirməyə vadar edən) bir möcüzə nazil olmayıb?» deyirlər. De: «Qeyb (pərdə arxasındakı işlər) yalnız Allahın ixtiyarındadır (və bəlkə də nazil etdi). Buna görə də, gözləyin ki, mən də mütləq sizinlə birgə gözləyənlərdənəm».
Bağışlayan və mehriban Allahın adı ilə.
Пророк Мухаммад, да благословит Аллах его и его род, сказал: «Тому, кто прочитает эту суру, воздастся добродеяниями, превышающими в десять раз количество подтвердивших и отрицавших пророческую миссию его светлости Юнуса (Ионы), да будет мир с ним, а также по количеству всех тех, кто был потоплен вместе с Фараоном» (Ат-Табарси, «Маджма аль-байан», т. 5, с. 150).